Azərbaycan həndbolçuları Gürcüstana 20 top fərqilə uduzub

    ÖLKƏ

    15 Iyun 2021 | 10:57

    Kişi həndbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

    Apasport.az saytının məlumatına görə, Vidadi Əliyevin baş məşqçisi olduğu komanda “İHF/EHF Trophy”də mübarizəyə başlayıb.

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirin B qrupunda yer alan millimiz ilk turda meydan sahibləri ilə görüşüb. Rəqibin üstünlüyü ilə keçən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb – 16:36 (7:18).

    Matçın ən yaxşı bombardiri İrakll Kbilaşvili olub. O, az qala yığmamız qədər – 12 qola sevinib.

    Millimizin heyətində Hüseyn Aydəmirov 6, Cavid Abdullayev 3, İslam Slemanov, Sergey Dubovik və Orxan Əliyev hərəyə 2, Saleh Vəliyev 1 dəfə fərqlənib.

    Bu gün keçiriləcək II turda yığmamız istirahət edəcək. Millimiz sabah Moldova ilə görüşəcək.

    Qeyd edək ki, üç komandalı qrupların hərəsindən ilk iki yerin sahibi yarımfinala yüksələcək. Qrup sonuncuları 5-ci yer uğrunda mübarizə aparacaq. Digər qrupda Andorra, Bolqarıstan və Kipr qüvvəsini sınayır.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024