Azərbaycan etibarlı tərəfadaş ölkədir

    SON XƏBƏRLƏR

    20 Mart 2023 | 12:02

    Ölkə rəhbərı tərəfindən aparılan balanslaşdırılmış uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün inkişaf etmiş Avropa dövlətləri Azərbaycanı özünə etıbarlı tərəfdaş dövlət hesab edir.

    Bu gün Azərbaycanımızın müstəqil dövlət olaraq beynəlxalq müstəvidə öz partnyorlarını müəyyənləşdirmək və müəyyən edilmiş ölkələr arasında mövcud siyasi-iqtisadi münasibətlərin möhkəmləndirilməsi və şaxələndirilməsi, aparılan xarici siyasətin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Bu baxımdan məsələyə baxsaq, Ölkə başçısı cənab İlham Əliyevin mart ayının 13-də Almaniya Federativ Respublikasına etdiyi işgüzar səfər nəticə olaraq çox məhsuldar və uğurlu oldu. Səfərin əsas mahiyyəti hər iki dövlət arasında mövcud olan strateji əməkdaşlığı bundan sonra da yüksələn temp üzrə inkişaf etdirmək və  siyasi və iqtisadi əlaqələri daha da möhkəmləndirmək idi. Keçirilən görüşlər zamanı Almaniyanın dövlət rəsmilərinin çıxışlarından açıq aydın görünürdü ki, bu gün artıq dünya dövlətlərinin Azərbaycana olan mövqeyi tamamilə yeni prizma üzərindən qurulur. Bu gün Avropanın süpergüc dövlətləri belə Azərbaycanla iqtisadi münasibətlərini daha dərin formatda qurmaqda maraqlıdırlar. Elə bu baxımdan Ölkə Başçısı cənab İlham Əliyevin Almaniyaya səfəri, hər iki dövlət arasından olan münasibətlərin və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etməkdədir. Almaniya Vətən Müharibəsindən sonra hər iki dövlət arasında aparılan sülhyaratma danışıqlarında Azərbaycanı daim dəstəkləyir və prosesə öz töhfələrini verməyə hazırdır. Bu gün Almaniya Cənubi Qafqaz regionu üzrə siyasi baxışlarını tam yeni formatda qurmaqda və bu prosesə yenidən baxmaq qərarına gəlib. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Almaniya Azərbaycanla iqtisadi və siyasi sahədə əməkdaşlıqda çox maraqlı tərəfdir. Bu ölkə Azərbaycanla iqtisadiyyatın enerji, turizm və kənd təsərrüfatı  sahələrində əməkdaşlıq etməkdə maraqlıdır. Hər iki ölkənin dövlət başçılarının mətbuat nümayəndələri ilə keçirdikləri brifinq zamanı bir daha bu faktları təsdiqlənmişdir. Fəxarət hissi ilə qeyd etməliyik ki, bu gün Azərbaycan Avropanın bir çox inkişaf etmiş dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkiyə malik ölkələrdəndir. Bütün bu nailiyyətlər Azərbaycanın beynəlxalq müstəvidə diplomatik qələbələr əldə etməsinə müsbət təsir edən vacib amillərdəndir.

    Əbülfəz Ağayev;
    Neftçala rayon ziyalısı

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024