Azərbaycan ət, süd və kərə yağı idxalını artırıb

    İQTİSADİYYAT

    22 Iyun 2022 | 15:08

    Bu ilin yanvar-may aylarında Azərbaycana 26 716,9 min dollar dəyərində 15 340,04 ton ət idxal edilib.

    Pressa Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq dəyər ifadəsində 3,5%, həcm göstəricisi üzrə isə 4,5% çoxdur.Hesabat dövründə, ölkəyə 6 670,5 min dollar dəyərində (artım 39,7%) 4 482,73 ton (artım 40%) süd idxal olunub.

    Bununla yanaşı, cari ilin ilk beş ayında 49 646,04 min dollar dəyərində 8 927,55 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 51,6% və 32,7% çoxdur.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024