Azərbaycan “Equinor” şirkətinin “yaşıl hidrogen” üzrə təcrübəsini öyrənir

    ÖLKƏ

    04 Avqust 2021 | 17:06

    Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə onlayn formatda seminar keçirilib.

    Pressa-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbir ikitərəfli əməkdaşlıq çərçivəsində “yaşıl hidrogen” sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib.

    Seminarda yeni dayanıqlı enerji növləri, xüsusilə bərpa olunan enerji və hidrogen enerjisi üzrə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd edilib, “Equinor” şirkətinin hidrogen sahəsində geniş təcrübəyə malik olduğu, şirkətin “yaşıl hidrogen” strategiyasının təmiz və dayanıqlı enerji, az karbonlu hədəfləri əhatə etdiyi vurğulanıb.

    Sonra “Equinor” şirkətinin mütəxəssisləri “yaşıl hidrogen” mövzusunda təqdimat nümayiş etdirib. Hidrogen bazarları, “Equinor” şirkətinin hidrogen strategiyası, şirkətin həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.

    Seminarda Azərbaycanda gələcəkdə hidrogen layihələrinin həyata keçirilməsi, elektrik enerjisi bazarında hidrogenin iqtisadi cəhətdən səmərəliliyi ilə bağlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024