Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

    İQTİSADİYYAT

    16 Noyabr 2023 | 09:00

    Bu ilin 10 ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032,8 mln. kVt-saat olub.

    Pressa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    Melumata görə, ixrac 2357,1 mln. kVt-saat, idxal isə 190,1 mln. kVt-saat səviyyəsində olub.

    “Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032.8 mln. kVt-saat, ixrac 2357.1 mln. kVt-saat, idxal isə 190.1 mln. kVt-saat olub”, - paylaşında qeyd olunur.

    Bildirilir ki, yanvar-oktyabr aylarında İES-lər üzrə 22 213.8 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023