Azərbaycan ekoloqlarından türkiyəli həmkarlarına DƏSTƏK

    ÖLKƏ

    02 Avqust 2021 | 16:08

    Azərbaycan ekoloqlarından türkiyəli həmkarlarına dəstək göstəriblər.

    Pressa-nın məlumatına görə, ekoloqlar Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları dərindən kədərləndiklərini və sarsıldıqlarını bəyan ediblər.

    “Biz-İctimai Ekoloji Şuranın üzvləri, ekoloqlar və meşəçilər olaraq insanlığa, meşələrə və təbiətə qarşı yönələn bu ekoloji terroru qətiyyətlə qınayırıq, hər zaman olduğu kimi bu çətin məqamda da qardaş ölkənin yanındayıq. 

    Meşə yanğınları ilə mübarizədə türkiyəli həmkarlarımıza dəstəyik və hər cür yardım göstərməyə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün qüvvələrimizi, imkanlarımızı səfərbər etməyə, meşələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq”, - deyə bəyan edilib. 



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024