Azərbaycan Dünya Bankı ilə investisiya layihələrini müzakirə edib

    İQTİSADİYYAT

    08 Fevral 2023 | 17:05

    Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələri ilə bağlı müzakirələr aparıb.

    Pressa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.

    "Bu gün Bakıda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusla görüşüb, Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələlər və potensial investisiya layihələri barədə təklifləri müzakirə etdik", - deyə nazir əlavə edib.



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023