Azərbaycan çempionatının oyununda kütləvi münaqişə baş verib

    İDMAN

    03 Dekabr 2021 | 14:27

    Futbol üzrə U-16 Liqasının “Keşlə” – İCBFA (İskəndər Cavadov Bakı Futbol Akademiyası) oyununda kütləvi dava-dalaş baş verib.

    Pressa-nın məlumatına görə, hadisə matçın 60-cı dəqiqəsində yaşanıb. Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub. O, rəqibə baş ilə zərbə endirdikdən sonra ara qarışıb.

    Toqquşmada "Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də iştirak edib.

    AFFA İntizam Komitəsi Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024