Azərbaycan-BQXK əməkdaşlığının 30 illiyinə dair tədbir keçirilib

    SON XƏBƏRLƏR

    14 May 2022 | 15:45

    Mayın 13-də Azərbaycan Respublikası və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlığın 30 illiyinə dair tədbir keçirilib.

    Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, tədbridə BQXK-nin ölkəmizdəki nümayəndəsi Arian Bauer, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz klasterinin rəhbəri Davron Muxamadiyev çıxış ediblər.Nazir müavini Mahmud Məmməd-Quliyev çıxışında 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin post-münaqişə dövrünə qədəm qoyduğunu, münaqişənin humanitar nəticlərinin aradan qaldırılmasının, xüsusilə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə tapılmış kütləvi məzarlardakı insan qalıqlarının şəxsiyyətinin identifikasiyası və mina təhlükəsi barədə məlumatlandırmanın BQXK ilə əməkdaşlıqda vacib istiqamətlər olaraq qaldığını vurğulayıb. O, bu əməkdaşlığın bundan sonra da xalqımızın maraqları, BQXK-nin humanitar mandatı və ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində davam etdiriləcəyini bildirib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024