Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

    İDMAN

    15 Mart 2023 | 15:22

    Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

    Pressa xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

      Boksçularımızdan ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova mübarizəyə qoşulacaqlar.

      Dünya çempionatı
      1/32 final
      16 mart

      Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)
      Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)

      1/16 final
      18 mart

      Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)
      Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)

      19 mart
      Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)

      22 mart
      1/4 final

      Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)

      Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

       



      XƏBƏR LENTİ

      03 Iyun 2023
      02 Iyun 2023
      01 Iyun 2023
      31 May 2023
      30 May 2023