AZEBİ Gürcüstanda yaşayan soydaşlarımıza Qurban sovqatı çatdırıb

    ÖLKƏ

    22 Iyul 2021 | 10:13

    Gürcüstandakı Azərbaycanlı İşadamları Birliyi (AZEBI Georgia) hər il olduğu kimi, bu il də müqəddəs Qurban bayramında bu ölkədəki soydaşlarımızı diqqətdən kənarda qoymayıb.

    Pressa xəbər verir ki, AZEBİ Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilati dəstəyi ilə paytaxt Tbilisi də daxil olmaqla Lagodexi, Marneuli, Qardabani və digər bölgələrdə qurbanlar kəsərək 300-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı çatdırıb.

    Soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə, səfirliyə və AZEBİ rəhbərliyinə, eləcə də yardım kampaniyasında iştirak edən digər şirkətlərə minnətdarlıq ediblər.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024