Aydın Hüseynov: Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ölkə başçısının uğurlu siyasətinin nəticəsidir

    SİYASƏT

    05 Iyun 2022 | 22:02

    Milli Məclisin deputatı Aydın Hüseynov ötən gün Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiya ilə bağlı fikirlərini Pressa-ya bölüşüb.

    Deputat qeyd edib ki, “Şuşa ili”ndə Şuşa şəhərində enerji tədbirinin keçirilməsi qürurvericidir və Şuşa Yaşıl Enerji Zonasının mərkəzinə çevriləcək.

    Onun sözlərinə görə, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etdiyi kimi bu əraziləri qısa müddətdə dirçəltmək əzmini də bütün dünyaya nümayiş etdirir.

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesinə diqqət çəkən A. Hüseynov bildirib ki, xüsusilə energetika infrastrukturunun bərpasını xüsusi vurğulayıb. Yaxın vaxtlarda 20 meqavatlıq elektrik stansiyaları istismara verilməsinə, bu il daha 5 stansiyanın istifadəyə veriləcəyinə, Şuşa da daxil olmaqla bu ərazilərdə 19 yarımstansiya inşa və bərpa edilməsinə, hazırda 7 yeni yarımstansiyanın tikilməsinə və 8-nin də inşasına başlandığına diqqət çəkən millət vəkili strateji hədəflərin böyüklüyünü vurğulayıb. Bildirib ki, Azərbaycan bu ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. 

    Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətinin oxunması ilə başlanmasını da şərh edən A. Hüseynov bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığını qeyd edib.

    Deputat hesab edir ki, məktubda qeyd olunduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpaolunan enerji sahəsində ortaya qoyduğu baxış regionun sabitliyi və rifahı baxımından olduqca önəmli addımdır.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024