Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik

    SON XƏBƏRLƏR, ÖLKƏ

    22 Sentyabr 2022 | 22:40

    Azərbaycanda avtomobillərin qeydiyyatı və dövlət qeydiyyat nişanlarının verilməsi elektron qaydada həyata keçiriləcək.

    Pressa xəbər verir ki, bu barədə Prezidentin bu gün Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında imzaladığı əsasnamədə əksini tapıb.

    Əsasnaməyə görə, aşağıdakı prosedurların həyata keçirilməsi BDYPİ-nin sistemi vasitəsilə həyata keçiriləcək:

    - nəqliyyat vasitələrinin dövlət qeydiyyatının, təkrar dövlət qeydiyyatının aparılması, qeydiyyat şəhadətnamələrinin doldurulması və verilməsi;

    - nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi;

    - xarici dövlətdə verilmiş və Azərbaycanda istifadə edilən sürücülük vəsiqələri barədə məlumatların sistemə daxil edilməsi;

    - nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması barədə məlumatların sistemə daxil edilməsi;

    - mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanlarının verilməsi.

     




    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024