Avrozonada inflyasiya noyabrda 4,9%-dək sürətlənib

    İQTİSADİYYAT

    30 Noyabr 2021 | 16:35

    Avrozonada illik inflyasiyanın noyabrda 4,9% olacağı gözlənilir ki, bu da əvvəlki ayla müqayisədə 0,8 faiz bəndi çoxdur və bazar gözləntilərindən xeyli yüksəkdir.

    Pressa-nın məlumatına görə, bu barədə "Eurostat"ın dərc etdiyi ilkin hesabatda deyilir.

    Qeyd olunur ki, bu cür inflyasiya əsasən enerji qiymətlərinin artımı hesabına olacaq. Belə ki, noyabrda enerji qiymətlərinin 27,4% artacağı proqnozlaşdırılır. Oktyabrda bahalaşma 23,7% olub.

    Bundan başqa, noyabrda ödənişli xidmətlərin 2,7%, qeyri-enerji sənaye məhsullarının 2,2%, ərzaq məhsulları, alkoqol və tütün məhsullarının isə 2,2% bahalaşması gözlənilir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024