Avropada qazın qiyməti 600 dollara enib

    İQTİSADİYYAT

    08 Fevral 2023 | 10:00

    Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dollarına enib.

    Pressa xəbər verir ki, 7 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 603,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (648,9 dollar) ilə müqayisədə 7% azdır.

    Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023