Avropa Liqası: "Legiya" və "Qalatasaray" səfərdə, "Fənərbağça" evdə oynayacaq

    İDMAN

    21 Oktyabr 2021 | 08:32

    Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

    Pressa-nın məlumatına görə, üçüncü oyun günündə daha 14 qarşılaşma təşkil olunacaq.

    Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İtaliyada "Napoli" ilə üz-üzə gələcək.

    Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" Belçika "Antverpen"ini qəbul edəcək. D qrupunun digər görüşündə Yunanıstan "Olimpiakos"u Almaniyada "Ayntraxt" (Frankfurt) klubunun qonağı olacaq.

    E qrupunda "Qalatasaray" Rusiyada "Lokomotiv" (Moskva) komandası ilə, "Latsio" isə İtaliyada Fransa "Marsel"i ilə qarşılaşacaq.

    UEFA Avropa Liqası

    Qrup mərhələsi, III tur

    A qrupu

    23:00. "Reyncers" (Şotlandiya) - "Bröndbü" (Danimarka)

    23:00. "Sparta" (Praqa, Çexiya) - "Lion" (Fransa)

    Xal durumu: "Lion" - 6, "Sparta" - 4 "Bröndbü" - 1, "Reyncers" - 0.

    B qrupu

    23:00. PSV (Eyndhoven, Niderland) - "Monako" (Fransa)

    23:00. "Şturm" (Qrats, Avstriya) - "Real Sosyedad" (İspaniya)

    Xal durumu: PSV - 4, "Monako" - 4, "Real Sosyedad" - 2, "Şturm" - 0.

    C qrupu

    23:00. "Napoli" (İtaliya) - "Legiya" (Polşa)

    Xal durumu: "Legiya" - 6, "Lester" - 4 (3 oyuna), "Spartak" - 3 (3), "Napoli" - 1

    D qrupu

    20:45. "Fənərbağça" (Türkiyə) - "Antverpen" (Belçika)

    23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Olimpiakos" (Yunanıstan)

    Xal durumu: "Olimpiakos" - 6, "Ayntraxt" - 4, "Fənərbağça" - 1, "Antverpen" - 0

    E qrupu

    20:45. "Latsio" (İtaliya) - "Marsel" (Fransa)

    23:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə)

    Xal durumu: "Qalatasaray" - 4, "Marsel" - 3, "Lokomotiv" - 2, "Latsio" - 1.

    F qrupu

    20:45. "Midtüllan" (Danimarka - "Srvena Zvezda" (Belqrad, Serbiya)

    20:45. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Braqa" (Portuqaliya)

    Xal durumu: "Srvena Zvezda" - 6, "Braqa" - 3, "Lüdoqorets" - 1, "Midtüllan" - 1

    G qrupu

    20:45. "Betis" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya)

    Xal durumu: "Bayer" - 6, "Betis" - 6, "Seltik" - 3 (3 oyuna) "Ferentsvaroş" - 0 (3)

    H qrupu

    20:45. "Rapid" (Vyana, Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

    23:00. "Vest Hem" (İngiltərə) - "Genk" (Belçika)

    Xal durumu: "Vest Hem" - 6, "Dinamo" - 3, "Genk" - 3, "Rapid" - 0.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024