Avropa çempionatına qatılacaq Azərbaycan gimnastlarının adları açıqlanıb

    İDMAN

    13 Sentyabr 2021 | 14:38

    Sentyabrın 17-də İtaliyanın Pezaro şəhərində start götürəcək aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

    Federasiyadan verilən məlumata görə, 3 gün davam edəcək yarışda ölkənin 3 idmançısı mübarizə aparacaq.

    Qadınların mübarizəsində Nurcan Cabbarlı və Dilarə Qurbanova, kişilərdə isə Vladimir Dolmatov qüvvəsini sınayacaq.

    Qeyd edək ki, Avropa çempionatına 22 ölkədən 325 idmançı qatılacaq.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024