Avropa çempionatı: Azərbaycanın iki boksçusu bürünc medal qazandı

    İDMAN

    22 Oktyabr 2021 | 16:15

    Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

    Federasiyadan Pressa-ya verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.

    51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.

    Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.

    Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024