Avropa çempionatı: Azərbaycanın 2 boksçusu medalı təmin edib

    İDMAN

    21 Oktyabr 2021 | 13:52

    Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin 2 üzvü yarımfinala vəsiqə qazanıb.

    Pressa-nın məlumatına görə, Nicat Hüseynov (51 kq) 1/4 finalda şimali makedoniyalı Şehabi Hadini 5:0 (30:27, 30:25, 30:26, 30:24, 30:26) hesabı ilə məğlub edib. Bu qələbədən sonra özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov yarımfinalda rusiyalı Ruslan Pirovla döyüşəcək.

    Kamil Babayev (54 kq) isə belaruslu Vladislav Smalovskini 3:2 (28:29, 29:28, 29:28, 27:30, 29:28) üstələyərək, həm yarımfinala vəsiqə qazanıb, həm də özü üçün ən azı bürünc medalı təmin edib. Babayev finala gedən yolda gürcüstanlı Giorgi Sajayanı sınağa çəkəcək.

    Əvəzində Tural Sarıyev (48 kq) 1/4 finalda rusiyalı Nikita Poluxinə, Fətəli İsmayılov (86 kq) litvalı Narunas Qrebnevasa (Litva) və Rəşid Məmmədov (92 kq) israilli Manuçar Krihelə uduzaraq, mübarizəni dayandırıblar.

    Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024