Assosiasiya sədri Mədinə Əliyeva Özbəkistanda bir sıra görüşlər keçirib

    SON XƏBƏRLƏR, DÜNYA

    26 Fevral 2024 | 11:38

    Azərbaycan ilə Özbəkistan arasında aqrar sahədə yeni əməkdaşlıq qurulur

    21-25 fevral tarixlərində Azərbaycan nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfər həyata keçirib. İşgüzar görüşün əsas məqsədi iki ölkə arasındakı əməkdaşlıq imkanlarının genişləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən istehsalçı şirkətlərin Özbəkistan bazarında fəaliyyətinin təmin edilməsi yönündə addımların atılmasıdır.

    Özbəkistan Ticarət Evinə baş tutan görüşdə tikinti, qida, kənd təsərrüfatı və s. sektorları üzrə aparıcı rəhbər şəxslər iştirak ediblər. Görüşdə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası, Azərbaycan Toxumçular Assosiasiyası o cümlədən özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

    Səfər çərçivəsində Özbəkistanın Bağçılıq, Şərabçılıq, Üzümçülük Elmi-Tədqiqat İnstitutu, Pambıqçılıq və Əkinçiliyin İnkişafı Fondunda ikitərəfli görüşlər keçirilib, iki ölkələr arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi müzakirə edilib.

    Görüşdə aprel ayında Özbəkistanın Pambıqçılıq və Əkinçiliyin İnkişafı Fondu ilə Azərbaycan Toxumçular Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə edilib.

    Özbəkistan Ticarət Evinin təsisçi və direktoru Ramin Şərifov bildirib ki, aqrar sahədə mövcud əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin aqrar sahədə fəaliyyət göstərən sahibkarları və kənd təsərrüfatı məhsulları istehsalçıları arasında sıx münasibətlərin qurulması prioritet məqsədlərdəndir.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.



    XƏBƏR LENTİ

    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024