Armen Sarkisyan istefa ərizəsini xaricdə yazıb

    DÜNYA

    25 Yanvar 2022 | 17:23

    Armen Sarkisyan prezident postundan istefa ərizəsini ölkə xaricində yazıb.

    Pressa “Sputnik Armernia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Aparatı məlumat verib.

    Bildirilib ki, Armen Sarkisyan dövlət başçısı postundan istefa ərizəsini xaricdə yazmasını müalicəsini yarımçıq qoyub, Ermənistana qayıda bilməməsi ilə əsaslandırıb.

    “Armen Sarkisyan uzun illər əvvəl ağır xəstəliyə qalib gəlib və bundan sonra həmişə onun xəstəliyindən məlumatlı olan həkimlərin nəzarəti altında müayinələr keçir”, - məlumatda qeyd olunub.

    Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024