Qida Təhlükəsizliyi Agentliyi bağçalarda aparılan monitorinqlərə dair hesabatını açıqlayıb.
AQTA-dan bildirilib ki, 12 bağçada aparılan yoxlamalar nəticəsində ümumilikdə 94 nöqsan aşkarlanıb.
10 bağça ilə bağlı inzibati tədbir görülüb.
Qeyd edək ki, monitorinqlər 6-10 iyun tarixlərini əhatə edib.