Aqrar Sığorta Fondunda Könüllük proqramına başlanılıb - FOTO

    ÖLKƏ

    30 Sentyabr 2022 | 16:18

    Aqrar Sığorta Fondunda tələbələr və yeni məzunlar növbəti Könüllülük proqramı üzrə fəaliyyətə başlayıb.

    Fonddan Pressa-ya verilən məlumata görə, bu gün könüllülərə sığorta sistemi, aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və iş prinsipi ilə bağlı təlim keçirilib. Təlimdə Müştəri Xidmətləri Departamentinin mütəxəssisi Lalə Qəhrəmanlı dünyada və ölkəmizdə kənd təsərrüfatı, bu sahənin inkişafı istiqamətində atılan addımlar və gənclərimizin aqrar sahəyə maraq göstərməsinin önəmi haqqında danışıb.

    Bildirib ki, aqrar sığorta mexanizmi dövlətimizin kənd təsərrüfatı sektoruna göstərdiyi diqqət və qayğının bir hissəsidir. Dövlət dəstəkli aqrar sığorta artıq 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu qısa müddət ərzində yüksək artım tempi müşahidə olunub, bu tendensiya davam etməkdədir. Artıq payızlıq əkin mövsümü başlayıb. Fermerlərimiz əkinləri haqqında EKTS-də bəyan edirlər. Dekabr ayının 31-dək bu əkinləri sığorta etdirməlidirlər. Odur ki, qarşıdakı üç ay ərzində könüllülərimizi maraqlı və gərgin iş gözləyir.

    Təlimdə gənclərə Aqrar sığorta sisteminin inkişafı ilə bağlı qəbul edilmiş qanunlar, o cümlədən prezident İlham Əliyevin 2019-cu il 19 avqust tarixində imzaladığı fərman, Aqrar sığorta haqqında Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verilib. Bitkiçilik və heyvandarlıq üzrə sığorta qaydaları, baza və geniş təminata daxil olan risklər, sığorta haqqı, sığorta məbləği terminləri izah edilib.

    Təlim zamanı məhsulların sığortalanması ilə bağlı çoxsaylı misallar göstərilib, aqrar sığorta və ödəniş prosesi haqqında məlumat verilib. Könüllüləri maraqlandıran suallar cavablandırılıb. Onlar qarşıdakı 3 ay ərzində fondun müxtəlif strukturlarının – müştəri xidmətləri, əməliyyat, hadisələrin araşdırılması departamentlərinin fəaliyyətini öyrənib, proseslərə dəstək verəcəklər.

    Qeyd edək, təcrübəçilər arasında BDU, İqtisad Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzun və magistr tələbələri də var. Təcrübə proqramının sonunda təlimi uğurla başa vuran könüllülərə dərəcəli sertifikatlar təqdim olunacaq.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024