Apteklərdə yod tapılmır?

    SON XƏBƏRLƏR

    29 Sentyabr 2022 | 15:21

    Son günlər dəyişkən havalarla əlaqədar olaraq soyuqdəymə halları artıb. Bunun qarşısını almaq üçün istifadə olunan dərman preparatları ilə yanaşı yoda olan təlabat da artıb. Lakin Bakıda yaşayan bəzi sakinlər apteklərdə yod tapmadıqlarından şikayətlənirlər.

    Pressa xəbər verir ki, vətəndaşların sözlərinə görə, artıq bir aya yaxın müddətdir ki, apteklərdə yod yoxdur. Nə vaxt gətiriləcəyi ilə bağlı da heç bir məlumat verilmir. 

    Bəs, bu dərman vasitəsi niyə gətirilmir?

    Bu sualla cavab almaq üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Cəmi bir neçə apteklər şəbəkəsində yod satıldığı məlum oldu.

    Qeyd edək ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024