AP Ukrayna və Gürcüstanda verilən Rusiya pasportlarının tanınmamasına dair sazişi təsdiqləyib

    DÜNYA

    24 Noyabr 2022 | 17:08

    Avropa Parlamentinin deputatları Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrindəki vətəndaşlara Rusiya tərəfindən verilmiş pasportların və digər səyahət sənədlərinin tanınmaması qərarını dəstəkləyiblər.

    Pressa Avropa Parlamentinin saytına istinadən xəbər verir ki, parlament Rusiya tərəfindən Ukraynanın işğal olunmuş regionlarında və Gürcüstanın separatçı ərazilərində viza verilməsi və ya xarici sərhədləri keçmək məqsədilə Rusiya tərəfindən verilmiş səyahət sənədlərinin tanınmaması haqqında sazişi təsdiqləyib.

    Qanunvericilik mətninin lehinə 531, əleyhinə 7 parlamentari səs verib. 34 parlamentari isə bitərəf olub.

    Qətnaməyə əsasən, Komissiya Aİ ölkələri ilə məsləhətləşməli və Rusiya səyahət sənədlərinin, xüsusən də qəbul edilməyəcək pasportların siyahısını tərtib etməlidir.

    Bununla yanaşı, Ukraynadakı münaqişə nəticəsində qaçqınlar humanitar səbəblərlə Aİ-yə daxil ola biləcəklər.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024