Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb

    SON XƏBƏRLƏR

    03 Dekabr 2022 | 15:31

    BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb.

    Pressa-nın xəbərinə görə müraciətdə deyilir:

    “Bu il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü əlçatan və ədalətli dünyanın qurulmasında innovasiyaların roluna həsr olunub. Dünyamız əlilliyi olan insanlara qeyri-mütənasib şəkildə təsir edən böhranlar şəlaləsi ilə üzləşir.

    Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kimi kənarda qoymamaq üçün dəyişikliyə aparan həllərə ehtiyacımız var. Bu, əlilliyi olan insanlar üçün və onlarla birlikdə strategiyaların işlənib hazırlanması məqsədilə dövlət və ictimai sektorlar arasında daha geniş əməkdaşlığı tələb edir.

    Bu əməkdaşlığın təməl daşı bütün müxtəlifliyi ilə əlilliyi olan şəxslərin fəal iştirakı və onların qərarların qəbulu ilə bağlı hər prosesə daxil edilməsi olmalıdır.
    İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər.

    Onlar məlumat, təhsil və ömür boyu öyrənmə imkanlarına çıxışı genişləndirə bilərlər. Bu vasitələr həmçinin əlilliyi olan şəxslərin bərabər əsaslarla əmək fəaliyyətində və bütövlükdə cəmiyyətdə iştirakı üçün yeni imkanlar aça bilərlər.

    Lakin texnologiyanın potensialından tam faydalanmaq üçün biz rəqəmsal uçurumu aradan qaldırmalı və rəqəmsal məkanda insan hüquqlarını qorumalıyıq.
    Əlilliyi olan Şəxslər üçün BMT-nin İnklüzivlik Strategiyası bu sahədə irəliləyişi və təşkilatın çalışdığı bütün istiqamətlərdə əlçatanlığı təmin etmək üçün konkret yol xəritəsi təqdim edir.

    Baş qərargahda və çalışdığımız bütün ölkələrdə rəqəmsal əlçatanlığı qiymətləndirir, maneələri aradan qaldırır və təşviq edirik, əlilliyi olan şəxslərin inklüziyası ilə bağlı nümunə göstəririk.

    Gəlin belə bir gündə və hər gün hamıya əlçatan və ədalətli dünya qurmaq üçün innovativ həllər tapmaq yolunda birlikdə çalışaq”.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024