Amnistiya aktı nəticəsində bu gün 114 nəfər azadlığa buraxılacaq

    ÖLKƏ

    03 Dekabr 2021 | 11:31

    Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsində amnistiya şamil edilən 9 nəfər azadlığa buraxılıb.

    Pressa-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib.

    O deyib ki, yuxarıda adıçəkilən müəssisədən daha 10 nəfərin gün ərzində azadlığa buraxılması nəzərdə tutulub.

    A.Sabitovanın sözlərinə görə, bu gün 5 müəssisədən 114 nəfər azadlığa buraxılacaq.

    Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnitsiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024