AMEA: Şəkidə Xaçvari kilsə və Zəyzid qalası dağılma təhlükəsi ilə üz-üzədir

    MƏDƏNİYYƏT

    03 Noyabr 2022 | 15:48

    AMEA-nın Tarix İnstitutun Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşları ölkənin şimal-qərb regionunda elmi ezamiyyətdə olublar.

    AMEA-dan Pressa-ya verilən xəbərə görə, mütəxəssislər Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazisidə mövcud olan qədim qəbristanlıq ərazisi (qədim alban qəbristanlığı olduğu deyilir) ilə tanış olublar.

    Bildirilib ki, bu abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.

    Daha sonra ezamiyyətdə olan qrup Baş Küngüt məbədi, Baş Küngüt qalası və qala divarları ilə tanış olublar. Qrupun rəhbəri Ellada Bəkirova bildirib ki, bu abidələrin də qorunma vəziyyəti heç də ürəkaçan deyil.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024