AMEA-nın strukturu təsdiqlənib

    TƏHSİL

    30 Sentyabr 2022 | 16:21

    Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib.

    Pressa-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

    Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

    Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

     

    Azərbaycan Milli Elmlər Akademiyasının S T R U K T U R U

    1. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.
    2. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
      1. Respublika Seysmoloji Xidmət Mərkəzi;
      2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
      3. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
      4. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
      5. Fəlsəfə və Sosiologiya İnstitutu;
      6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
      7. Nəsimi adına Dilçilik İnstitutu;
      8. Memarlıq və İncəsənət İnstitutu;
      9. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
      10. Folklor İnstitutu;
      11. Qafqazşünaslıq İnstitutu;
      12. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
      13. Lənkəran Regional Elmi Mərkəzi;
      14. Şəki Regional Elmi Mərkəzi;
      15. Mərkəzi Elmi Kitabxana;
      16. “Elm” Nəşriyyatı.
    3. Naxçıvan bölməsinin Aparatı.
    4. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
      1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
      2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
      3. Əlyazmalar Fondu.
    5. Gəncə bölməsinin Aparatı.
    6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
      1. Humanitar Tədqiqatlar İnstitutu;
      2. Diyarşünaslıq İnstitutu;
      3. Nizami Gəncəvi Mərkəzi.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024