AMEA: Nərəkimilər və qızıl balıqların ehtiyatı kəskin azalacaq

    ÖLKƏ

    24 Yanvar 2022 | 11:24

    "Azərbaycanın regionlarında ekspedisiyalar zamanı nərəcinsli və digər növlərdən olan balıq ehtiyatı, onların yayılması, növ tərkibi araşdırılır".

    Pressa xəbər verir ki, bunu Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov deyib. O bildirib ki, aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, Kür və Araz çaylarında suyun səviyyəsi 50-60 faiz azalıb: "Kür çayı, demək olar ki, dənizə çatmır. Bunun nəticəsində nərəkimilərin və qızıl balıqların ehtiyatının kəskin azalması gözlənilir. Qeyd olunan problemlərin qarşısını almaq, Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmini üçün ciddi tədbirlər görülməlidir. Bu məqsədlə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək mümkündür".



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024