Almaniya XİN-in nümayəndə heyəti Azərbaycana gəlib

    SİYASƏT

    17 Noyabr 2021 | 10:35

    Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

    Görüşdə Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin birinci katibi, Azərbaycan üzrə kurator Benedikt Qöbel, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, səfirliyin müşaviri Andreas Holt və digər rəsmi şəxslər iştirak ediblər.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024