Almaniya səfiri: Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yaranıb

    SİYASƏT

    28 Fevral 2024 | 15:33

    Almaniya səfiri Ralf Horlemann Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib.

    Pressa xəbər verir ki, diplomat bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

      Almaniya səfiri ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.

      Səfir qeyd edib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.

       



      XƏBƏR LENTİ

      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024