Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə danışıqlara başlayıb

    İDMAN

    12 May 2022 | 10:22

    Almaniyanın "Ertsgebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlara başlayıb.

    Pressa "Tag24" nəşrinə istinadən xəbər verir ki, Aue təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq istəyir.

    Klub prezidenti Helge Leonhardt müqaviləsi başa çatan 12 oyunçudan 7-nin komandada qala biləcəyini söyləyib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətindədir. Lakin hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.

    Qeyd edək ki, 23 xalla 17-ci pillədə qərarlaşan "Ertsgebirge"nin aşağı liqaya düşəcəyi dəqiqləşib. Dmitri Nazarovun 2023-cü ilin yayınadək müqaviləsi olsa da, komanda II Bundesliqanı tərk etdiyi üçün sözləşmədəki bənd onun azad agent statusu almasına yardımçı olacaq.



    XƏBƏR LENTİ

    08 May 2024
    07 May 2024
    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024