Allahşükür Paşazadə Tbilisidə II İliya ilə görüşüb

    ÖLKƏ

    21 Iyul 2022 | 16:18

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tbilisiyə iki günlük səfəri çərçivəsində Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşüb.

    Pressa xəbər verir ki, Gürcüstan patriarxlığında baş tutan görüşdə tərəflər iki ölkə arasında dini-mədəni əlaqələr barəsində söhbət açıblar.Qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyunca mehriban qonşuluq əlaqələri mövcud olub və hər iki ölkənin xalqları arasında tarixən möhkəm dostluq münasibətləri çərçivəsində yaşayıblar.

    Söhbət zamanı Allahşükür Paşazadə erməni din xadimlərinin revanşizmə çağırışlar etdiyini və gəncləri silahlandıraraq insanları öldürməyə çağırış etdiyini qeyd edib. O, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində İslam dininə məxsus abidələrlə yanaşı, kilsələrin də bərpa edildiyini diqqətə çatdırıb.

    Patriarx II İliya isə öz növbəsində ziyarətdən məmnunluğunu ifadə edib və fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarının çatdırılmasını xahiş edib.

    Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Qulliyev və səfirliyin əməkdaşları da iştirak ediblər.



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022