Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

    ÖLKƏ

    16 Mart 2023 | 10:56

    Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

    Pressa Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

      Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub. Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir.

      Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu verənlərin sayı isə 89416-dır. Onlardan 83740-ı Azərbaycan, 5676-sı rus bölməsi üzrədir.



      XƏBƏR LENTİ

      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024