Ali Hərbi Məktəbdə Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

    ÖLKƏ

    17 Iyul 2021 | 19:35

    İyulun 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Vətən müharibəsində şəhid olmuş mayor Fərid Ələkbərovun xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən Pressa-ya verilən məlumata görə, “Şəhidlər ölməz-Vətən bölünməz” şüarı altında keçirilən mərasim açıq elan edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.
    Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhid olan mayor Fərid Ələkbərovun həyat, xidmət və döyüş yolu haqqında mərasim iştirakçılarına geniş məlumat verilib. Cəsur şəhid zabitin dostları, xidmət və döyüş yoldaşları çıxış edərək onun qəhrəmanlığından ətraflı söz açıblar.
    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.
    Mərasimdə çıxış edən şəhid mayor F.Ələkbərovun anası Şükufə Həsənova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
    Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı qəhrəmanlıq və vətənpərvərliyi tərənnüm edən mahnılar ifa edib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024