Albalı bu xəstəliklər zamanı faydalıdır

    SON XƏBƏRLƏR

    31 May 2023 | 16:19

    Albalı ən faydalı giləmeyvələrdən biri sayılır. Həqiqətən bu giləmeyvə çox zəngin kimyəvi tərkibə sahibdir.

    Albalı A, C, B qrupu, PP vitaminlər, dəmir, mis, maqnezium minerallar, antosianlar, kumarinlər, bioflavonoidlər, orqanik turşularla zəngindir.  

    Pressa albalının faydalı xüsusiyyətlərini təqdim edir:

    1. Albalı artrit və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır.

    2. Tərkibində C vitamini, maqnezium, antosian və kumarinlər olduğuna görə albalı ürək və damarları möhkəmləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, ürək tutması, infarkt və insultun riskini azaldır.

    3. Albalının tərkibində olan antosian maddələri mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlərə faydalıdır.

    4. Maqnezium və B qrupu vitaminləri ilə zəngin olduğundan albalı  sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, gərginliyi azaldır, yuxunu tənzimləməyə kömək edir.

    5. Araşdırmalar göstərib ki, albalı beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır və bu səbəbdən yaşlı insanlar üçün çox faydalıdır.

    6. Albalı qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı kömək edir.

    7. Albalı orqanizmdə iltihabları azaldır, görməni yaxşılaşdırır.

     



    XƏBƏR LENTİ

    18 Mart 2024
    17 Mart 2024
    16 Mart 2024
    15 Mart 2024
    14 Mart 2024
    13 Mart 2024
    12 Mart 2024
    11 Mart 2024