Akar: Türkiyə Yunanıstanla anlaşılmazlıqları danışıqlar yolu ilə həll etmək istəyir

    DÜNYA

    29 Sentyabr 2022 | 16:28

    “Yunanıstanla bəzi problemlər var və təəssüf olsun ki, daxili siyasət naminə təxribatlar həyata keçirirlər, amma biz buna təmkinlə reaksiya veririk”.

    Pressa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Şırnaka səfəri çərçivəsində çıxışı zamanı deyib.

    O qeyd edib ki, Yunanıstanda bəlli siyasətçilər ölkələrini pis qonşu siyasətinə çəkir, Türkiyə isə bütün problemlərin, həmçinin, Egey dənizindəki anlaşılmazlıqları danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

    “Biz bunu hər fürsət olduqca deyirik. Lazımdırsa Türkiyəyə gəlsinlər, ya bizi dəvət etsinlər, gedək görüşək, problemləri həll edək. Türkiyə kimsə üçün təhdid, təhlükə deyil, güclü və etibarlı tərəfdaşdır”.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024