Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycana gəlir

    SİYASƏT

    16 Iyul 2021 | 13:30

    Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.

    Pressa-nın xəbərinə görə, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

    Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

    “Bunun üçün Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

    İyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - deyə Aİ Şurasının Prezidentinin sözçüsü bildirib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024