Aİ rəsmisi İran Prezidenti ilə nüvə danışıqlarının bərpasını müzakirə edib

    SİYASƏT

    08 Sentyabr 2021 | 16:09

    “Prezident İbrahim Rəisi ilə Əfqanıstandakı vəziyyəti və İranın nüvə proqramı üzrə Əhatəli Birgə Fəaliyyət Planı ilə bağlı danışıqların tezliklə bərpasını müzakirə etdik”.

    Pressa “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviter hesabında İranın hökumət başçısı İbrahim Rəisi ilə telefon danışığından bəhs edərkən yazıb.

    “Avropa İttifaqı və İran regional, dünya, o cümlədən Əfqanıstan məsələri üzrə birgə işləməkdə maraqlıdır”, - o qeyd edib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024