Aİ Polşa ilə sərhəddə miqrasiya böhranına görə Minski ittiham edir

    DÜNYA

    24 Noyabr 2021 | 11:19

    Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Polşa-Belarus sərhədində miqrasiya böhranına görə Minski ittiham edib.

    Apanın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Düşənbə səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlama verən Aİ-nin Ali Nümayəndəsi deyib ki, bu böhran miqrantlarla bağlı vəziyyətdən istifadə edən Belarus hakimiyyəti tərəfindən süni şəkildə yaradılıb.

    Aİ-Mərkəzi Asiya formatında XVII konfransda iştirak etmək üçün Düşənbəyə səfər etdiyini vurğulayan C. Borrellin sözlərinə görə, regionun XİN rəhbərlərinin görüşündə Daşkənddən Minskə aviareyslərin dayandırılmasına dair Özbəkistanla razılıq əldə olunub.

    Aİ rəsmisi qeyd edib ki, aldadılan miqrantlar Belarusa çatmaq üçün bu reysdən istifadə edirlər, onlara Belarus-Avropa İttifaqı sərhədini keçməklə bağlı hər hansı problemlə üzləşməyəcəkləri vəd olunub.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024