Aİ ölkələrindən Türkiyəyə göndərilən axtarış-xilasetmə qruplarının sayı açıqlanıb

    DÜNYA

    08 Fevral 2023 | 12:35

    Avropa İttifaqına (Aİ) üzv ölkələrdən Türkiyəyə göndərilən axtarış-xilasetmə qruplarının sayı açıqlanıb.

    Pressa xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım departamenti məlumat yayıb.

    Bildirilib ki, indiyə qədər 20 Aİ ölkəsi (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Estoniya, Fransa, Yunanıstan, Almaniya, Macarıstan, İtaliya, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya) və digər üç ölkə Albaniya, Monteneqro və Serbiya Türkiyəyə 29 axtarış-xilasetmə və 5 tibbi qrup təklif edib.

    "Ümumilikdə, orada insanların həyatını xilas etmək üçün 1485 xilasedici və 100 axtarış iti səfərbər edilib", məlumatda qeyd olunub.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023