Ağır vəziyyətdə olan qazimiz Bakıya gətirilib

    ÖLKƏ

    10 Iyun 2021 | 20:23

    Qazimiz  Zeynal Fizuli oğlu Şahhüseynov ağır vəziyyətdə Bakıya Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib.   Ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə bu gün xüsusi şəraitdə Bakıya gətirilib. 

    O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.
     
    Könüllü əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
     
    Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi ötən gün günorta saatlarında komaya düşüb.
     
    Qazimiz bir neçə gün idi ki, Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilmişdi, bu gün Bakıya gətirilib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024