Agentlik şəhid Səbuhi Əhmədovla bağlı arayışa aydınlıq gətirib

    ÖLKƏ

    29 Sentyabr 2022 | 17:12

    “Şəhidimiz Səbuhi Əhmədovla bağlı mediada yayılmış arayışla əlaqədar bildiririk ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış formasıdır”.

    Sosial Xidmətlər Agentliyindən Pressa-ya verilən xəbərə görə, arayışda şəhidin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.

    “Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı; valideynləri; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

    Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunvericiliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.

    Bu mövzunu kontekstdən çıxaran, səhv mövqedən tirajlayan, şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik”, - məlumatda bildirilib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024