ADY: "Bakı-Sumqayıt dəmir yolunda 12 tunel və 25 keçid inşa olunub"

    ÖLKƏ

    23 Noyabr 2021 | 14:40

    "Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu ərazisindən keçən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq yolötürücüləri, keçid körpüləri, tunellər tikir, xəbərdaredici siqnalizasiya sistemi quraşdırır və təhlükəli əraziləri hasarlayır.

    Pressa xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, hərəkətin intensiv olduğu Abşeron dairəvi (Bakı-Sumqayıt) dəmir yolu xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə istemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 120 kilometr yol daş hasar və metal torlarla çəpərlənib.

    "Bununla belə vətəndaşlardan diqqətli olmağı xahiş edirik. Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır", - deyə qurum bəyan edib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024