ADU-da 14 tələbə koronavirusa yoluxub, 3 qrup distant təhsilə keçib

    TƏHSİL

    19 Oktyabr 2021 | 17:19

    "Azərbaycan Dillər Universitetində tədris prosesi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin mövcud təlimatlarına əsasən təşkil olunub. Tədris zamanı bütün karantin qaydalarına riayət olunur".

    Bunu Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, COVİD-19-a yoluxma halı təəssüf ki, bütün orta və ali təhsil müəssisələri kimi Azərbaycan Dillər Universitetində də var: "Həmin tələbələr karantinə alınıb. Yoluxan tələbələrin qayıbının nəzərə alınmaması məsələsi tamamilə əsassızdır. Virusa yoluxma haqqında sənəd təqdim edən tələbələrin qayıbı nəzərə alınacaq. Bu, təlimata əsasən indi yox, semestrin sonunda həyata keçirilir. Hazırda virusa yoluxan tələbələrin sayı 14-dür. 3 qrup isə müvəqqəti olaraq distant təhsilə keçib".



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024