ABŞ və İsrail rəsmiləri Rusiya-İran əməkdaşlığını müzakirə edib

    DÜNYA

    02 Iyun 2023 | 11:53

    ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan israilli həmkarları ilə Rusiya-İran əməkdaşlığını müzakirə edib.

    Pressa xəbər verir ki, görüşün təfərrüatları barədə Ağ Ev-in rəsmi internet saytında yazılıb.

      Qeyd olunub ki, Sallivan və onun israilli həmkarı Tsaxi Haneqbi, İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-ın paytaxtında keçirilən görüşdə Rusiya-İran hərbi əməkdaşlığı və Ukraynaya yardım məsələlərini müzakirə ediblər.

      Tərəflər, həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, Tehran və onun tərəfdarlarının təhdidlərinə qarşı çıxmaq üçün İsraillə koordinasiyanın gücləndirilməsi məsələlərinə də toxunublar.

      Sallivan görüş zamanı ABŞ administrasiyasının İsrailin Yaxın Şərqdə təhlükəsizliyini və iqtisadi inteqrasiyasını daha da gücləndirmək məqsədini bir daha vurğulayıb.



      XƏBƏR LENTİ

      18 Mart 2024
      17 Mart 2024
      16 Mart 2024
      15 Mart 2024
      14 Mart 2024
      13 Mart 2024
      12 Mart 2024
      11 Mart 2024