ABŞ Qəzzanın gələcəyi ilə bağlı İsrail və Fələstinlə müzakirələr aparacaq

    DÜNYA

    04 Dekabr 2023 | 14:21

    Bayden administrasiyasının yüksək rütbəli nümayəndə heyəti bu gün İsrailli həmkarları ilə müharibədən sonrakı Qəzza planını müzakirə etmək üçün İsrailə gələcək.

    Pressa "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

      Bildirilib ki, ABŞ nümayəndə heyətinə həftə sonu Dubayda ərəb liderləri ilə görüşlərdə iştirak edən ABŞ vitse-prezidenti Kamala Harrisin milli təhlükəsizlik üzrə müşaviri Phil Gordon rəhbərlik edəcək. Ona vitse- prezident Harrisin Yaxın Şərq üzrə müşaviri İlan Qoldenberq və bir neçə başqa diplomat da qoşulacaq.

      "Walla" xəbər saytının məlumatına görə isə, ABŞ nümayəndə heyəti İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Haneqbi və strateji işlər naziri Ron Dermerlə yanaşı, İordan çayının qərb sahilində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşəcək.

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024