ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

    DÜNYA

    16 Mart 2023 | 10:14

    Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 1 550 min barel artaraq, 480 063 min barel təşkil edib.

    Pressa məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

      Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 188 min barel artacağını proqnozlaşdırırdı.

      ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.



      XƏBƏR LENTİ

      03 Iyun 2023
      02 Iyun 2023
      01 Iyun 2023
      31 May 2023
      30 May 2023