ABŞ-ın kommersiya neft ehtiyatları daha da azalıb

    İQTİSADİYYAT

    24 Noyabr 2022 | 10:00

    Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 3 691 min barel azalaraq, 431 664 min barel təşkil edib.

    Pressa-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 055 min barel azalacağını proqnozlaşdırırdı.

    ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024